"Qadın Qrup Terapiyası"

Konsultasiyalar"Qadın Qrup Terapiyası"

Qrup terapiyasi

Köklərdən Gələn Şəfa - Sən Öz Gücünsən!

Hər bir qadın öz daxilində böyük bir gücə və şəfa mənbəyinə sahibdir. Bu güc keçmişdən, köklərimizdən və nəsillərimizin sirlərindən gəlir.

“Köklərdən Gələn Şəfa” terapiyası, bu enerjini kəşf etmək və qadınların öz daxili işığını yenidən tapmasına kömək etmək məqsədilə hazırlanmışdır

Bu terapiyanın əsas məqsədi qadın enerjisini təmizləmək və gücləndirməkdir. Keçmişdən gələn yaralar, qırılmış bağlar və nəsildən keçən mənəvi yüklər birlikdə işləyərək şəfalandırılır.

Hər bir qadın bu qrupda həm özünü ifadə etmək, həm də başqalarının həyat hekayələrindən ilham almaq şansı qazanır

Niyə Qrup Terapiyası?

  • Qadınlar bir araya gəldikdə kollektiv şəfa prosesi başlayır.

  • Biz bir-birimizə güzgü olur, ilham veririk və ən əsası, tək olmadığımızı hiss edirik.

  • Qrup terapiyasında hər kəsin daxili səsini eşidə biləcəyi güvənli məkan yaradılır.

Proqramda Nələr Var?

  • Qadın enerjisini balanslaşdırmaq üçün meditasiya və nəfəs texnikaları

  • Şəfalandırıcı dialoqlar və emosional azadlıq təcrübələri

  • Köklərimizlə bağ qurmaq üçün vizualizasiya praktikaları

  • Daxili gücü oyadan ritual və simvolik çalışmalar

Bu Terapiya Kimlər Üçündür?

  • Öz daxili gücünü kəşf etmək istəyənlər

  • Keçmiş yaraları sağaltmağa hazır olanlar

  • Qadın kollektiv enerjisindən ilham almaq istəyənlər

  • Həyatına sevgi və harmoniya qatmaq arzusunda olan hər kəs

Sən də Qoşul!

Bu səyahət sənə özünü yenidən tanımaq, sevmək və həyatını daha dərin anlamda yaşamaq imkanı verəcək. Sən tək deyilsən, və bu qrupda sənə də yer var. Şəfanı köklərindən başlat və öz həyatına nur gətir!

Proqram Detalları

1-ci Həftə - Kök Sütunu

  • Mərkəzi sinir sistemi ilə birbaşa əlaqəli olan və qadında xoşbəxtlik hormonlarını məhv edən proqramları diaqnoz etmək

  • Ölüm, tərk edilmə, dəyərsizlik,yetərsizlik, itirmə, uğursuzluq qorxularını test etmək

  • Ata xəttindən ötürülən mirasların analizi və qəbulu

  • Ana xəttindən ötürülən mirasların analizi və qəbulu

  • Səsli texnika (güvənsizlik).

  • Texnika: Dəyərsizlik

  • Kök sütunun dayaq nöqtəsinin bərpası

  • Yekunlaşma

2-ci həftə - Sacral Enerji

  • Sacral enerji, həzz, ilhamlanma və rahim terapiyasının diaqnozu

  • Sacralın bağlanma səbəbləri və qadında yaratdığı panikalar

  • Yaradıcılığını göstərə bilməməyin fəsadı

  • Cinsəlliyin həyatınızdakı aktuallığı

  • Yaradıcılığın sirləri

  • Partnyorun maddi vəziyyətini proqramlama texnikası.

  • Əsas bölgəni hiss etmək və özünə icazə vermək.

  • Alma və vermə proqramını öyrənmək.

  • Produktiv orqanın sağlamlığı üçün şüuraltı proqramı zehində dəyişdirmək.

  • Çanaq rəqsi məşqi.

  • Reql dövründə özündə kef etmək.

  • Özünü olduğu təbiəti ilə qəbul etmə

  • Yekunlaşma: ehtiras, cinsəllik, orgazm.

3-cü həftə - Qəbul Etmək və Həzm

  • Yaşadığınız utanc duyğusunu həzm edə bilməməyin bədəndə yaratdığı fəsadlar.

  • Münasibətdə idarə edici öfkənin kontrolu: Qadının dramı (səbəbi və dəyişdirilməsi).

  • Rəqabət və qərarsızlıqdan, müqayisə olunmaqdan çıxış.

  • Vazkeçilməz qadın olmağın praktikası.

  • Cəsarətlə öz sözlərini təqdim etmək.

  • Kariyerada yüksəliş.

  • Partnerin kariyerasında yüksəliş.

  • Qəbul etməyin lüks həyat.

  • Qınağı, paxıllığı, nifrəti və konfliktləri həll üsulları.

  • Yekunlaşma: Daxili gücü və qadın mənəviyyatı ilə parlayan enerji olmaq.

4-cü həftə - Sevgi Ruhun Enerjisi

  • Sevgi bədənimizdən yaşam eşqi və fəaliyyəti

  • Sevgi qurucusunun: qadının qəlbinin açılması

  • Qadının çox sevməsinə mane olan qorxular

  • Ürək və cinsəllik

  • Ürəyi açmaq

  • Bədən praktikası

  • Nəsilin qadınları və sən

  • Bədən praktikası

Paket təklifi

10 xanımdan ibarət qadın qrup terapiyası
1 ay boyunca həftədə 1 dəfə, ümumilikdə 4 seans

Qiymət: 200₼ / 1500₼
Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...