Ana SəhifəTəlimlər
Köklərinizdən gələn Yaradanın ruhunuza ötürülən həqiqi səni, öz qadın mənliyini yaradacaqsınız. Ata və Ana xəttinizdən gələn sevgi və bolluq mirasını qəbul edərək özünüzdə proqramlayacaqsınız. Təlaş, stress, və aqressiya proqramlarının yaranma səbəblərini ləğv etməyi öyrənəcəksiniz.
"Access the Bars", Access Consciousness adlı konseptin bir hissəsi olaraq beyin dalğalarını balanslaşdırmaq və şüuraltı inancları aradan qaldırmaq məqsədilə istifadə olunan alternativ terapiya metodudur. Bu metod başın üzərindəki 32 nöqtəyə yüngül toxunuşla həyata keçirilir. Hər bir nöqtə fərqli həyat sahələrinə, məsələn, münasibətlər, pul, sağlamlıq və yaradıcılıq kimi sahələrə təsir edir.
Runa yazıları qədim Skandinaviya, Alman və Anglo-Sakson mədəniyyətlərinin əsas yazı sistemlərindən biri idi. İlk runik yazı nümunələri eramızın 2-ci və 3-cü əsrlərinə aiddir və bu yazılar Skandinaviya, Almaniya və Böyük Britaniya ərazisində tapılmışdır. Runa kodlarının mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur, bəziləri runaların Latın və ya Etrüsk yazılarından təsirləndiyini düşünür.
Tale Matrissası — fərdi potensialınızı kəşf etməyinizə və həyati seçimlərinizi anlamağınıza kömək edən unikal metodikadır. Bu təlim, daxili enerji mərkəzlərinizi, həyat yolunuzu və taleyinizi dərin analiz edərək sizə doğru istiqamətlər vermək məqsədi daşıyır