Ana SəhifəKonsultasiyalar
Psixoloji analiz sizə hisslərinizi dərk etmək və emosional tarazlıq yaratmaqda kömək edəcək. Məqsəd, şəxsi münasibətlərinizdən tutmuş iş həyatınıza qədər, hər sahədə daxili gücünüzü artırmaqdır.
Çakralar, bədənimizin enerji mərkəzləri kimi qəbul edilən və həyat enerjisinin axınına nəzarət edən nöqtələrdir. Bədəndə əsasən yeddi çakra vardır
Coaching seansları, müştərilərin şəxsi və ya peşəkar hədəflərinə çatmalarına dəstək olmaq üçün xüsusi şəkildə strukturlaşdırılmış görüşlərdir. Bu seanslar müştəri və coach arasında qarşılıqlı əlaqə əsasında inkişaf etdirilən, fərdi təlim planına uyğun şəkildə həyata keçirilən proseslərdən ibarətdir. Seanslar həm canlı, həm də onlayn formatda təqdim edilir və müştərinin inkişafını izləmək və hədəflərə çatmaq üçün davamlı dəstəyi təmin edir.
Bu konsultasiya vasitəsilə, yeni peşəyə yiyələnərək, bu sahədə professional bir mütəxəssis olma yolunda ilk addımları atacaqsınız. Dünyanın hər hansı bir yerindən insanlarla işləmə imkanına sahib olacaqsınız, beləliklə sərhədsiz bir karyera perspektivi əldə edəcəksiniz. Konsultasiya zamanı, öz daxili potensialınızı kəşf edərək, kim olduğunuzu daha dərindən dərk edəcək və şəxsi güclərinizi üzə çıxaracaqsınız. Öz yolunuzu tapmaqla, daha aydın və məqsədyönlü bir həyat istiqamətinə sahib olacaqsınız. Problemlərinizin haradan qaynaqlandığını bilərək, praktikalara vasitəsilə onları həll edəcəksiniz. İstər münasibət, istər pul sahəsində uğurlu insan olmağın yollarını öyrənəcəksiniz. Ata və ana nəslinizlə tanış olub onların sizə hansı gücləri və bilikləri ötürdüyünü öyrənəcək və bu yolla istedadlarınızı daha da aşkara çıxarda biləcəksiniz. Daxili qorxularınızı yenərək artıq hər şeyin mümkünlüyünə əmin olacaqsınız.
Köklərdən Gələn Şəfa - Sən Öz Gücünsən! Hər bir qadın öz daxilində böyük bir gücə və şəfa mənbəyinə sahibdir. Bu güc keçmişdən, köklərimizdən və nəsillərimizin sirlərindən gəlir.